Azərbaycanın sığorta bazarı böyüdü

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 731,22 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,5 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 318,615 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,7 % azdır.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.