!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın Şimali Qafqaza təsir imkanları var” – Natalya Zaxarova

!Reklam – Yazi

“Beynəlxalq vəziyyət və Rusiyadaxili tələbat ölkələrimiz arasında biznesin inkişafına təkan verir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində rusiyalı jurnalist, Şimali Qafqaz üzrə ekspert Natalya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə, Azərbaycan və Rusiyanın Şimali Qafqazdakı muxtariyyatları ilə əməkdaşlıq imkanları genişdir:
“Hazırda Dağıstan rəhbərliyinin əsas niyyəti biznesin “kölgə”dən çıxarılmasıdır. Ancaq respublikadakı iqtisadi və fiksal vəziyyət bu məsələnin sürətli həllinə imkan vermir. Dərbəndə gəldikdə isə bu, federal strukturların diqqət mərkəzində olan bir şəhərdir və unutmayaq ki, biznesə laqeyd olmayan senator Süleyman Kərimovun adamları da ərazi ilə məşğuldurlar.

Bununla belə, beynəlxalq vəziyyət və Rusiyadaxili tələbat ölkələrimiz arasında biznesin inkişafına təkan verir. Ötən ilin sonlarında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərliyi ilə geniş heyət Azərbaycana səfər etmişdi və danışıqlar zamanı müxtəlif, o cümlədən beynəlxalq layihələr ətrafında müzakirələr aparılmışdı.

Həmin nümayəndə heyətinin tərkibində Dağıstan təmsilçilərinin də olmasına baxmayaraq, indidən irimiqyaslı əməkdaşlıq barəsində danışmaq tezdir. Lakin təhsil, mədəniyyət, rəqəmsal texnologiya və digər sahələr üzrə əməkdaşlıq üçün imkanlar var. Orta və kiçik sahibkarlar arasında ticarət dövriyyəsi olub, olacaq.

Ötən il bu regionda baş verən bəzi hadisələr də göstərdi ki, ölkə rəhbərliyi geopolitik statusa malik o bölgəyə (Dağıstan, Şimali Osetiya) xüsusi diqqət yetirir. Əlbəttə, burada Cənubi Qafqaz dövlətlərinin – Xəzəryanı Azərbaycan və epidemiyanın tüğyan etdiyi Gürcüstan – regiona özünəməxsus təsirini də unutmaq olmaq.

Rusiya hakimiyyəti Şimali Qafqazdakı kriminal elementlərə qarşı sərt tədbirlər görür. Ancaq Şimali Qafqazdakı kriminal elementlər əsasən, Cənubi Qafqaza üz tuturlar. Onlar fiziki baxımdan, Rusiyanı tərk etsələr də, öz doğmaları ilə təmaslarını davam etdirirlər və bu təsir hələ qalmaqdadır”.

Qafqaz Ömərov

www.yenicag.az

2680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv