Azərbaycanın şirə istehsalçısı Kazanda zavod tikəcək

drinks_110712Azərbaycanın “Benkons Group” şirkəti yaxın vaxtlarda Kazanda şirə istehsalı zavodu və logistik mərkəzin tikintisinə başlayacaq.

Trend-in məlumatına görə, bunu Tatarıstanın Baş naziri İldar Xalikov Yekaterinburqda keçirilmiş VI Rusiya-Azərbaycan Regionlararası Forumunda deyib.

Onun sözlərinə görə, oktyabrın 7-də Kazanda “Benkons” şirkəti tərəfindən şirə istehsalı zavodu və logistik mərkəzin tikintisinə başlanılacaq: “Bu, Azərbaycan biznes nümayəndələrinin hazırda tikdiyi iri logistik mərkəzlərindən biri olacaq”.