“Azərbaycanın şirin su ehtiyatında ciddi azalma var. Buna da göllərdə, çaylarda və s. suyun azalması səbəb olub”.
Yenicag.az xəbər verir ki, bunu “Azərsu” ASC-də keçirilən brifinqdə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
A. Cəbrayıllı həmçinin qeyd edib ki, sudan qanunsuz istifadənin qarşısının alınması üçün tədbirlər görülür:
“Artıq hər bir rayon üzrə xüsusi su qurğuları yaradılıb. May ayının 1-indən həmin qurğular işə salınıb”.
Şahanə Paşa