Azərbaycanın siyasi partiyaları üçün NÜMUNƏ: “Türkiyədəki seçkilər bizə də mühüm mesajlar verdi” – MÖVQE

“Fikrimcə, biz də orada gedən partiyalaşma prosesindən müəyyən nəticə çıxarmalıyıq”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçirilmiş seçkilərdə müşahidə olunan ciddi siyasi rəqabətin Azərbaycan üçün yarada biləcəyi təcrübələri dəyərləndirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, Türkiyədəki seçki prosesi bir çox cəhətlərinə görə pozitiv nümunələr yaratdı və mühüm mesajlar verdi:

“Məşhur deyimə əsaslansaq, dünya gör-götür dünyasıdır. O baxımdan, əlbəttə ki bütün sahələrdə, o cümlədən Qərb ölkələri ilə Türkiyənin siyasi həyatında müsbət təcrübələrdən yararlanmaq lazımdır.

Türkiyəyə gəlsikdə isə hesab edirəm ki, oradakı seçki prosesi bir çox cəhətlərinə görə tək Azərbaycan deyil, dünya ölkələri üçün çox pozitiv nümunələr yaradaraq mühüm mesajlar verdi.

Birmənalı deyə bilərik ki, Türkiyədə seçkilər tam obyektiv keçirildi. Düzdür, seçki kampaniyasının gedişində etik çərçivələrin aşılması halları baş versə də, prosesin normal keçdiyi vurğulanmalıdır.

Ancaq hər iki düşərgəyə aid siyasi qüvvələr aktiv kampaniya apardılar, telekanallarda öz proqramlarını xalqa çatdırdılar və bu yolla uğur əldə etməyə çalışdılar. Fikrimcə, biz də orada gedən partiyalaşma prosesindən müəyyən nəticə çıxarmalıyıq”.

A.Zeynalov

COP29