!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın “SpaceX” ilə ƏMƏKDAŞLIĞI: "Bu razılaşma əsasında əldə edilən internet adi vətəndaşlar üçün..."

!Reklam – Yazi

“Bu, ənənəvi internet vasitələri ilə müqayisədə 500 Mbps sürət vermək imkanına malikdir”.

Bu sözləri “SpaceX” şirkəti ilə “AZƏRKOSMOS” arasında əldə olunan razılığı dəyərləndirən İKT üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan öz kosmik peyklərinin orbitə buraxmaq üçün də “SpaceX”in təcrübəsindən yararlana bilər:

“AZƏRKOSMOS” ilə “SpaceX” şirkəti arasında olan əməkdaşlıq sözsüz ki, Azərbaycanda olan internet bazarına müsbət təsir göstərəcək. Bunun sayəsində ən azı rəqabət mühiti güclənəcək. Xüsusən bu razılaşma əsasında əldə edilən internet adi vətəndaşlar üçün də əlçatan olarsa, həm ümumi bazarda internet qiymətlərinə müsbət təsir edəcək, həm də keyfiyyət cəhətdən əhəmiyyətli artım müşahidə olunacaq. Bu zaman rəqiblər də daha dayanıqlı internet üçün müəyyən infranstrukturlara investisiya etmiş olacaqlar.

Ümumilikdə, “SpaceX” ilə əldə olunan razılıq gələcəkdə qurumlar arasında ortaq lahiyələrin icrasına da imkan yarada bilər. Nümunə üçün deyə bilərik ki, bu şirkətin orbitə peyklərin göndərilməsində böyük bir təcrübəsi var. Azərbaycan da həmin təcrübədən yararlanmaq imkanı qazanacaq. Həmçinin yeni innovativ layihələrin də tətbiqində birgə addımlar atıla bilər. Bu da ölkəmizə müsbət təsir göstərməklə yanaşı, vətəndaşların da innovasiyalardan istifadə etməsini əlçatan edəcək.

Eyni zamanda, mürəkkəb relyef xüsusiyyətlərinə görə fiber-optik internetin əlçatan olmadığı ərazilərdə “SpaceX” vasitəsilə əldə olunan internet daha səmərəli təsir bağışlaya bilər. Belə ki, sözügedən simsiz internet ənənəvi internet vasitələriylə müqayisədə 500 Mbps sürət vermək imkanına malikdir. Biz onu optik internetlə müqayisə edərkən nəzərə almalıyıq ki, adıçəkilən şirkət istifadəçiləri simsiz internetlə təmin edir”.

Yusif Səmədzadə

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv