Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, yaxınlarının dediyinə görə, N.Məlikov qəfil özünü pis hiss edib və keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bir müddət “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında müxbir kimi çalışıb.