!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın tanınmış mühəndisi vəfat etdi

!Reklam – Yazi

Tanınmış ictimai xadim, Azərbaycan neft emalı sənayesinin təşkitalçılarından biri, Azərbaycanın əməkdar mühəndisi Akimov Kamil Əlisoltan oğlu 92 yaşında Bakıda vəfat edib.

Yenicag.az-ın məlumatına görə, Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub.

1947-ci ildə Bakı Neft Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb.

Kamil Akimov neft emalı sənayesi sahəsində 30-a yaxın təklifin, 10-a yaxın ixtiranın müəllifi olub.

O, “Şərəf Nişanı” ordeninə, “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.

Kamil Akimov 1967-ci ildə Azərbaycan Respublikası neftayırma sənayesi nazirinin 1-ci müavini, 1970-ci ildə isə Azərbaycan Respublikası neftayırma sənayesi naziri təyin edilib.

Kamil Akimov 1970-80-ci illərdə neft emalı sənayesində göstərdiyi xidmətlərə görə “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmani ilə təltif edilib, 2 çağırışda Ali Sovetin deputatı seçilib.

www.yenicag.az

1629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv