Şou-biznesdə Şanel ləqəbi ilə tanınan stilist Anar bu gün dünyasını dəyişib.
Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, stilist uzun sürən xərçəng xəstəliyindən yaşadığı mənzildə dünyasını dəyişib: “İki gün idi ki, xəstəxanadan evə buraxılmışdı. Bizə bu barədə danışmaq çox ağırdır. Anarı itirdik. Allah o dünyasını versin” .
Qeyd edək ki, Anar bu günə qədər şou-biznesdə Nazpəri Dostəliyeva, Nisə Qasımova, Damla, Günay İbrahimli, Pərvin Abıyeva, Lalə Məmmədova, Elza Seyidcahan kimi tanınmış simalarla işbirliyi olub.