!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın turizm potensialı olduqca yüksəkdir”

!Reklam – Yazi

Bu gün Bakıda XVII Bakı Beynəlxalq AITF Turizm Sərgisi öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, sərgi Azərbaycan turizm naziri Əbülfəs Qarayevin çıxışı ilə açıq elan olunub. O, sərginin təşkilatçılarına və bu ənənəni davam etdirənlərə öz təşəkkürünü bildirib. Nazir həmçinin Beynəlxalq Turizm təşkilatının yeni təyin olunmuş baş katibi Zorab Polilikaşvili və digər rəsmiləri salamlayıb. Azərbaycanın turizm sahəsindəki inkişaf tendesiyasını müsbət qiymətləndirən Qarayev onu da qeyd edib ki, xarici turistlərin bu il ölkəmizə gətirdiyi gəlir ölkəmizdən kənara səyahət edən vətəndaşlarımızın ümumi xərclərindən daha çox olub. O, Azərbaycan prezidenti İlham Əliyevə bu sahəyə ayırdığı xüsusi diqqətə görə minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Zorab Polilikaşvili Azərbaycanın turizm potensialının olduqca yüksək olduğunu söyləyib. Polilikaşvili Azərbaycanın sadəcə Bakıdan ibarət olmadığını, regionlarda da turizmin inkişafı üçün lazımlı olan infrastrukturun qurulduğunu bildirib. Prezidentlə dünənki görüşdən danışan Polilikaşvili nəticələrin göz qabağında olduğunu söyləyib. Beynəlxalq Turizm Təşkilatının rəsmisi turizm sahəsində yeni və inkişaf etmiş texnologiyanın tətbiqinin vacib olduğunu, gələcəkdə bütün bunların öz töhfəsini verəcəyini söyləyib.

Bolqarıstan mədəniyyət nazirinin müavini İrina Georgia isə bu cür beynəlxalq tədbirin Qafqazın mərkəzində keçirilməsindən olduqca məmnun olduğunu qeyd edib. O, bildirib ki, iki ölkə arasındakı münasibətlərin daha da güclənəcəyinə ümid edir.

Qeyd edək ki, bu il sərgidə 20 ölkəni təmsil edən 270-dən çox şirkət iştirak edir. Burada müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər var. Sərgi aprelin 7-sinə qədər davam edəcək.

Aytək Yusifsoy 

Cəmalə Əlizadə

www.yenicag.az

3169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv