Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb 
Faiq Bağırov Azərbaycanın Türkiyə Respublikasında, eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.