Azərbaycanın U-17 millisinin heyəti müəyyənləşdi

Oktyabrın 23-dən 26-dək AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçəcək 17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Yenicag.az xəbər verir ki, U-17 oktyabrın 27-dən noyabrın 2-dək Lüksemburqda Avropa çempionatının I seçmə mərhələsində iştirak edəcək.

Milliyə dəvət edilən futbolçuların adları və seçmə mərhələdəki oyunların təqvimi aşağıdakı kimidir:

S. Ad Klub
1 Firuzə Bayramova Zaqatala
2 Nərgiz Ağaliyeva Şəfa
3 Aygün Novruzova Sabah
4 Arzu Cəfərova Şəfa
5 Bədriyyə Mövludova Şəfa
6 Ayşən Salamzadə Neftçi
7 Səma Əsədova Neftçi
8 Aysu Əsədova Sabah
9 Aylin Kərimova Sabah
10 Elizaveta Vaysman Şəfa
11 Arzu Ağaliyeva Şəfa
12 Ayan Abdiyeva Şəfa
13 Məhsumə Vahabzadə Sabah
14 Mehri Məmmədzadə Sabah
15 Zeynəb Əsgərzadə Şəfa
16 Filiz Nəsrullayeva Sabah
17 Naidə Məmmədova Zaqatala
18 Adelina Ağayeva Sabah
19 Günay Sultanlı Sabah
20 Fatimə Kərimli Sabah

Qeyd edək ki, Ayşən Salamzadə əsas millinin oktyabrın 25-də Portuqaliya yığmasına qarşı keçirəcəyi Avropa çempionatının pley-off mərhələsinin ilk oyunundan sonra U-17-nin düşərgəsinə qoşulacaq.

30 oktyabr

21:00. Serbiya – Azərbaycan

Bettemburq. “Municipal” stadionu

2 noyabr

19:00. Azərbaycan – Lüksemburq

Bettemburq. “Municipal” stadionu

COP29