Azərbaycanın U-18 millisi Monteneqroda təlim-məşq toplanışı keçəcək

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 24-dən 26-dək Bakıda, oktyabrın 27-dən noyabrın 1-dək isə Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışı keçəcək.

Yenicag.az xəbər verir ki, U-18 hazırlıq zamanı oktyabrın 29-da və 31-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Milliyə dəvət olunan futbolçuların siyahısı ilə tanış ola bilərsiniz:

S. Ad/Soyad Klub
1 Həbib Hüşənov Qəbələ
2 Ayxan Abbaszadə Turan Tovuz
3 Aftandil Arıxov Sumqayıt
4 Ömər Əliaslanlı Zirə
5 Əli Nəbizadə Neftçi
6 Məsud Əlişanlı Qarabağ
7 Cavid Məlikov Qarabağ
8 Murad Mustafayev Neftçi
9 Rəşad Alışov Qarabağ
10 Nadir Orucov Sumqayıt
11 Ramin Əvəzov Sabah
12 Emin Feyzullayev Sabah
13 Elnur Cabbarlı Sumqayıt
14 Ömər Kərimov Qəbələ
15 Arzu Mədətov Turan Tovuz
16 Əli Qurbanov Sumqayıt
17 Əmir Əliyev Sabah
18 Həsən Əliyev Zirə
19 Əkbər Məhərrəmov Sabah
20 Ziya Şəkərxanov Qəbələ
21 Əliəkbər Rzazadə Qarabağ
22 Babamirzə Mehdiyev Sabah
23 Ümid Səlimov Sabah
24 Rauf Qafarov Zirə
25 Röyal Fərzullazadə Neftçi
COP29