Azərbaycanın U-21 millisi məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.

Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.

Azərbaycan komandasının heyətində Süleyman Damadayev 89-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub./Report/