Azərbaycanın xaricdəki diplomatları Ağdama səfər etdilər

Xarici İşlər Nazirliyinin rəhbər heyəti və xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərləri işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.

Yenicag.az xəbər verir ki, iştirakçılar əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Səfər çərçivəsində “Ağdamın dirçəlişi” adlı tədbirin keçirilməsi, habelə Ağdam şəhərində aparılan bərpa və quruculuq işləri ilə tanışlıq nəzərdə tutulur.