Azərbaycanın xaricdəki səfirliklərinə asanlıqla hücumlar edilir – Bakıdakı diplomatik korpuslar necə qorunur? – VİDEO

Son günlər radikal erməni qüvvələri Azərbaycanın xarici ölkələrdəki səfirliklərini hədəfə alıblar.

Yenicag.az-ın məlumatına görə, ermənilər Azərbaycanın diplomatik korpuslarına asanlıqla hücumlar edirlər.

Bəs xaricdə Azərbaycan səfirliklərinə qarşı asanlıqla hücumların təşkil olunduğu vaxtda Bakıdakı diplomatik korpuslar necə qorunur?

“Xəzər Xəbər”in əməkdaşları Böyük Britaniya, Amerika Birləşmiş  Ştatları və Fransanın ölıkəmizdəki səfirliklərinin mühafizəsi ilə maraqlanıb.

Məlum olub ki, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təhlükəsizliyi ciddi və yüksək səviyyədə qorunur.

Azərbaycan  dövləti  ölkədəki  65 səfirlik, 4 baş konsulluq və  11  fəxri  konsulluğu  ən yüksək səviyyədə  qoruyur. Onlar  özlərinə  qarşı  hər  hansı  bir  təhdid- təzyiq hiss  etmirlər. Lakin  nədənsə  həmişə   ali  dəyərlərdən  danışan, beynəlxalq  huququ  rəhbər  tutan Qərb isə bir  anda  sukuta  qərq  olur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: