Azərbaycanın xarici ticarət dövriyyəsi artdı

İxrac potensialının uğurla reallaşdırılması xarici ticarət əlaqələrində pozitiv dinamikanı təmin edir.

Yenicag.az-ın məlumatına görə, bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter” səhifəsində yazıb.

“Bu ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73,3% artaraq 39,81 mlrd. dollar, ixrac isə 101,6% artaraq 29,52 mlrd. dollar olub2, – nazir qeyd edib.