Azərbaycanın yeni snayper tüfəngi – FOTO

yensanyper1Müdafiə Sənayesi Nazirliyi “ADEX 2016″ Beynəlxalq Müdafiə Sərgisində yeni snayper tüfəngini nümayiş etdirib.

Nümayiş etdirilən iri çaplı NST – 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir.

Yeni NST snayper tüfəngi yığılan qundağa malikdir, qundaqla birlikdə uzunluğu 1 m 900 sm, qundaq yığılanda isə uzunluğu 1 m 600 sm-dir. Darağı 5 güllə tutumuna malik olan snayper tək atışlı sistemə malikdir. Həmçinin yeni snayper tüfənginin optik nişangahı yerli məhsuldur.

MSN-in müəssisəsində yeni hazırlanan NST snayper tüfəngi daha da təkmilləşdiriləcək.