Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Azərbaycanla 44 günlük müharibə ermənilərə dərs olmadı" - Millət vəkili

“Deyəsən, Ermənistan artıq 26 sentyabrdakı vəziyyətin olmadığını və heç zaman da geri qayıtmayacağını unudub”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ermənistan silahlı dəstələrinin Hadrutda törətdiyi terror aktı fonunda işğalçı dövlətin təhlükəsizlik şurasının təcili iclasını keçirilməsinə münasibət bildirən Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə özünün “Facebook” hesabında yazıb.

Aydın Mirzəzadə Ermənistanda siyasi böhran vəziyyətinin olmasına rəğmən və vətəndaş qarşıdurmasının baş verməsinə baxmayaraq çağrılmayan təhlükəsizlik şurasının Azərbaycanın öz ərazisində keçirdiyi anti-terror əməliyyatları ilə bağlı çağırılmasının elə Ermənistanın özü üçün çox təhlükəli olduğunu vurğulayıb:

“Ermənistanın baş naziri Azərbaycanın (!!!) Hadrut qəsəbəsi yaxınlığında Azərbaycan silalı qüvvələrinin anti-terror əməliyyatı ilə bağlı (!!!) Ermənistan təhlükəsizlik şurasının təcili iclasını çağırır (???).

Azərbaycanın öz ərazisində keçirdiyi əməliyyatın Ermənistana nə dəxli var?

Deyəsən, Azərbaycanla 44 günlük müharibə və kapitulyasiya aktı onlara dərs olmadı.

Deyəsən, Ermənistan artıq 26 sentyabrdakı vəziyyətin olmadığını və heç zaman da geri qayıtmayacağını unudub.

Ermənistanda az qala vətəndaş müharibəsi həddindədir, təhlükəsizlik şurasının nəinki təcili, heç növbəti iclası çağrılmır.

Ermənistanda faktiki olaraq ikihakimiyyətlilikdir, təhlükəsizlik şurasının iclası çağrılmır.

Ermənistan orudusunun az qala bütün hərbi texnikasını Azərbaycanla müharibədə itirib, təhlükəsizlik şurasının iclası çağrılmır.

Ermənistan 10 mindən çox gənc və subay hərbçisini müharibədə itirib, təhlükəsizlik şurasının iclası çağrılmır.

Xaricdəki erməni diaspor dairələrinin tanınmış simaları Ermənistanın ana xəttinin təhlükəli olduğunu elan edirlər, təhlükəsizlik şurasının iclası çağrılmır.

Ermənistanın özünün uydurduğu dünyadan ayılmağının vaxtı deyilmi?

Azərbaycanın dərsi onlara az olmadımı? Onların Azərbaycanla oyunun ilk növbədə özləri üçün təhlükəli olduğunun fərqində nə vaxt olacaqlar?”

www.yenicag.az

357