Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir

Belarusun “Belavia” aviaşirkəti dekabrın 4-dən etibarən Minsk-Bakı istiqamətində birbaşa aviareysləri bərpa edir.

Yenicag.az xəbər verir ki, uçuşlar həftədə 4 dəfə ( çərşənbə axşamı, cümə, şənbə və bazar günləri) həyata keçiriləcək.

Məlumata görə, təyyarə Bakıdan 04:15-də qalxacaq, 06:50-də isə Minskə çatacaq.