!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Belarus şirkətləri arasında 40-a yaxın sənəd imzalanıb

!Reklam – Yazi

azbelİqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarusda səfərdədir.

İqtisadiyyat Nazirliyindən Yeniçağ.az-a verilən məlumata görə, səfərin məqsədi Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əməkdaşlığının, Azərbaycan sahibkarlarının Belarusun biznes dairələri ilə əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirə edilməsidir.

Səfərin ilk günü nazir Ş.Mustafayevin Belarus Respublikası baş nazirinin birinci müavini Vladimir Semaşko ilə görüşündə Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolu diqqətə çatdırılıb. Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və mövcud potensialdan səmərəli istifadə imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə kənd təsərrüfatı, ticarət, sənaye, tranzit, əczaçılıq, turizm və s. sahələr prioritet əməkdaşlıq istiqamətləri kimi qeyd olunub, bu sahələrdə əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Görüşdə Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasına dair müzakirələr aparılıb və ilkin razılıq əldə olunub.

Nazir qeyd edib ki, ölkələrimiz arasında 30-dan çoxu iqtisadi sahədə olmaqla, ümumilikdə 100-dən artıq sənəd imzalanıb. Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir.

Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko belə səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Belarusun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edən Vladimir Semaşko potensial əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Belarusun Qida sənayesi üzrə Dövlət Konserninin rəhbəri Aleksandr Zabello ilə keçirilmiş görüşdə qida sənayesi sahəsində Azərbaycan-Belarus əlaqələrinə və əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Belarusun Antiinhisar tənzimlənməsi və ticarət naziri Vladimir Koltoviç ilə keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Ş.Mustafayev ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu və 2016-cı ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin 6 faiz artdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası üçün geniş potensial mövcuddur.

Dekabrın 16-da Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Belarusun Ticarət-Sənaye Palatasında “Biznes sahəsində Belarus-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri” mövzusunda işgüzar görüş keçirilib.

Tədbir çərçivəsində Azərbaycan iş adamları Belarusdan olan tərəfdaşları ilə Azərbaycanın xalçaçılıq, meyvə-tərəvəz, şərabçılıq, tütün, pambıqçılıq məhsullarının, meyvə şirələrinin və s. Belarusa ixracına dair 40-a yaxın niyyət protokolu və müqavilə imzalayıblar.

Azərbaycan nümayəndə heyətinin səfər zamanı Belarusun Səhiyyə naziri Vasiliy Jarko və sənaye naziri Vovk Mixayloviçlə görüşüblər.

Yeniçağ.az

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv