Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür

Xarici İşlər Nazirliyi Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin yaradılmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində qeyd olunub:

“Bu gün Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Birləşmiş Krallığın hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”.