2022-ci il noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə görüşüb.
SOCAR-dan Yenicag.az-a bildirilib ki, səfir Milan Sedlaçek Çex televiziyasının “Xaricdən mənzərələr” proqramının bir hissəsi kimi hazırlanacaq sənədli filmin “Neft Daşları”nda çəkilişləri üçün göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Görüşdə Azərbaycanla Çexiya arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında iqtisadi sahədə, o cümlədən neft-qaz sektorunda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.