Azərbaycanla Ermənistan arasında ilk sərhəd postu quraşdırılıb.
Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşıb.
“İlk sərhəd postu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazaxıstan hissəsində quraşdırılıb”, – deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, bu gün Qazaxın Azərbaycana geri qaytarılacaq 4 kəndinin ərazisində sərhədin demarkasiyası ilə bağlı işlərə başlanılıb./unikal