Azərbaycanla Ermənistan arasında “yaxınlaşan” SÜLH: “Prosesə Ərdoğanın nəzarət etməsi…”

“Üstəlik, Ermənistan öz Konstitutsiyasından Azərbaycan və Türkiyə üçün qəzbuledilməz olan müddəaların çıxarılmasına dair öhdəlik götürüb”.

Bu sözləri Azərbaycan tərəfinin sülh danışıqları ilə bağlı Ermənistanla görüş keçirəcəyini bəyan etməsini və bunun prespektivini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynlinin fikrincə, bu ərəfədə tərəflərin sülh müqaviləsinin şərtlərini razılaşdıracaqları real görünür:

“Bu dəfə sülh prosesi mütləq baş tutacaq. Çünki sülh prosesinə Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan da nəzarət etməyə başlayıb. Həm də Ərdoğanın bu nəzarəti ABŞ prezidenti Co Baydenlə dövlət katibi Blinkenin xahişi əsasında təşkil ediləcək.

O baxımdan, əminəm ki, tərəflər sülh müqaviləsinin şərtlərini razılaşdıra biləcəklər. Üstəlik, Ermənistan öz Konstitutsiyasından Azərbaycan və Türkiyə üçün qəzbuledilməz olan müddəaların çıxarılmasına dair öhdəlik götürüb.

Hazırda orada məxfi şəraitdə yeni Konstitutsiyanın layihəsi hazırlanır. Ola bilsin ki, bu layihə qısa zamanda hazırlansın və sülh müqaviləsi də tezliklə imzalansın. Bu dəfə sülh müqaviləsinin imzalanacağına “.

Səxavət Məmməd

COP29