Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyətinin böyük olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, Kobaxidze bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında çıxışında bildirib.
O qeyd edib ki, rəsmi Tbilisi iki ölkənin sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanır.