Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanla İsrail arasında daha bir nəhəng anlaşma - 2 milyardlıq

Reklam: High Technic

Azərbaycan və İsrail 2 milyard dollar dəyərində silah təchizatı ilə bağlı müqavilə imzalamaq üçün danışıqlar aparır.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin “İsrael Hayom” qəzeti bildirir.

Qəzetə əsasən, İsraillə yeni silah sövdələşməsi bu yaxınlarda imzalana bilər.

Məqalədə İsrailin hava limanlarına müxtəlif növ döyüş sursatları üçün gələn Azərbaycan Müdafiə Nazirliyinə məxsus təyyarələrin müşahidə olunduğu deyilir.

Bu məlumatı nə Azərbaycan, nə də İsrail şərh edib. Lakin İsraillə Azərbaycanın müdafiə sahəsində sıx əməkdaşlığının mövcud olması sirr deyil.

Rəsmilər əməkdaşlığın təfsilatlarına dərindən varmağa meyil göstərmirlər. Lakin irihəcmli əməkdaşlığın konkret təzahürünü 2016-ci ildəki aprel döyüşləri üzə çıxarıb.

O vaxt media təmas xəttində İsrailin Harop “intiharçı dron”un istifadəsinin “ilk məlum halı” barədə yazdı.

Bununla yanaşı Azərbaycanın İsraildən ”Dəmir Günbəz” havadan müdafiə kompleksini aldığı məlum olub.

www.yenicag.az

441
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100