“Azərbaycanla oyuna tam hazırıq” – Maykl Onil

Sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi doğma azarkeşləri önündə Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan bir gün öncə keçiriləcən mətbuat konfransında çıxış edən qonaqların baş məşqçisi Maykl Onil sabahkı oyunla bağlı fikirlərini açıqlayıb:

“Azərbaycanın qrupdakı bütün oyunlarına baxmışıq. Rəqibin bu matça necə hazırlaşdığını onların baş məşqçisi daha yaxşı bilər. Biz rəqibi yaxşı təhlil etmişik. Onlar Almaniya ilə görüşün ilk 30-35 dəqiqəsini yüksək səviyyədə keçirmişdilər. Sabahkı qarşılaşmaya tam hazırıq”

– Yerli mətbuata açıqlamanızda Riçard Almeydanın adını xüsusi vurğulamışdınız. Ondan çəkinirsiniz?

– Almeydanın klubundakı oyunlarını izləmişik. Azərbaycan millisində debüt edəcək. Amma Şimali İrlandiya yığmasının üzvləri də Premyer Liqada çıxış edirlər. Onlar braziliyalıya qarşı xüsusi mübarizə aparacaq gücdədilər.

– Hava şəraitinin isti olması sizin üçün nə dərəcədə ciddi problemdi?

– Hava yaxşıdı, sərindi. Türkiyədə eyni hava şəraiti olduğu üçün bunun bizə problem yaradacağına inanmıram.

Yenicag.az

 

COP29