2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” təsdiq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Prezidentin digər Fərmanı ilə 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi” təsdiqlənib.
Dövlət başçısının başqa bir Fərmanı ilə həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” də təsdiq edilib.