Azərbaycanla Qazaxıstan arasında hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda mübadiləsini həyata keçiriləcək.
Yenicag.az xəbər verir ki, barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Layihəyə əasən, Azərbaycan tərəfi texniki və texnoloji ixtisaslar qrupu üzrə 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura-1), humanitar və sosial ixtisaslar qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura -1), iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura-2), təbiət ixtisasları qrupu üzrə – 1 nəfərin (magistratura-1), əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu üzrə və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə – 2 nəfərin təhsilini təşkil edəcək.
Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə – 5 nəfər (bkalavriat-1, magistratura -3, doktorantura-1), kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər (bakalavriat -2, magistratura-2, doktorantura-1), səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə – 2 nəfərin (fasiləsiz inteqrə olunmuş tibb təhsili proqramı (6 il) və rezidentura (5 ilədək təhsil) təhsilini təşkil edəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib./unikal