Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin hüquqi statusu üzrə Bakıda ikitərəfli məsləhətləşmələr keçirilib.
Yenicag.az məlumatınaa görə, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstanı isə Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova təmsil edib.
Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, eləcə də Xəzər dənizi ilə bağlı digər aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.
Xəzəryanı ölkələrin Dövlət Başçılarının növbəti Zirvə Toplantısına qədər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin tam şəkildə razılaşdırılması və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib-hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti görüşünün Aşqabadda səmərəli keçirilməsi üçün birgə səylərin artırılması vacibliyi vurğulanıb.
Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd edilib.
Yenicag.az