!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq planı imzaladı – FOTO

!Reklam – Yazi

mnmoskva2-1Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 30-da Moskva şəhərində keçirilən MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizliyin aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.

S.Şoyqu bildirib ki, hər iki ölkənin Müdafiə nazirlikləri beynəlxalq terrorla mübarizəyə qarşı birgə fəaliyyət göstərirlər. O, həmçinin hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan planların yerinə yetirildiyini vurğulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib və bu görüşün hər iki ölkə üçün səmərəli olacağını qeyd deyib.

Görüşün sonunda iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv