!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanla Sloveniya arasında siyasi məsləhətləşmələr aparıldı

Reklam: High Technic

Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Fariz Rzayev, Sloveniya nümayəndə heyətinə Xarici İşlər və Təhlükəsizlik Siyasəti Müdirliyinin Baş direktoru Jernej Müller rəhbərlik edib.

Məsləhətləşmələrdə ikitərəfli siyasi və iqtisadi-ticarət əməkdaşlığının, miqrasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Sloveniya tərəfinə münaqişə sonrası regional vəziyyət barədə məlumat verilib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minalanmış ərazilərin təmizlənməsindən bəhs edilib.

Tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

www.yenicag.az

247
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100