!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində real addımların şahidi ola bilərik" - RƏY

!Reklam – Yazi

“Paşinyan bu imkandan mümkün qədər yararlanmağa, öz komandasından və ya ən azı onun hakimiyyətinə loyal olan bir prezidentin seçilməsinə çalışacaq”.

Bu sözləri Ermənistanda baş verən siyasi prosesləri dəyərləndirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda baş verən proseslər Ermənistanda “Qarabağ klanı”nın tarixə qovuşmasını reallaşdıra bilər:

“Armen Sarkisyanın istefasını ölkədə uzun müddətdir ki, baş tutması proqnozlaşdırılan siyasi repressiyalar öncəsi bir addım kimi dəyərləndirmək olar. Paşinyan bu imkandan mümkün qədər yararlanmağa, öz komandasından və ya ən azı onun hakimiyyətinə loyal olan bir prezidentin seçilməsinə çalışacaq. Hazırkı konstitusiyaya görə, ölkədə prezident xalq tərəfindən deyil, parlament tərəfindən seçilir. Fransadakı kimi Milli Assambleya adlanan Ermənistan parlamentində az da olsa, səs çoxluğu Nikol Paşinyanda olduğuna görə prosesin gedişatını təsəvvür etmək çətin deyil. Ancaq hazırda 42 yaşlı parlament sədri və Paşinyan komandasına aid olan Alen Simonyanın əvəz etdiyi prezident kürsüsünə iddialılar çox olacaq. Bu prosesə regionda söz və nüfuz sahibi olan Moskvanın da biganə qalmayacağı məlumdur.

Onu da qeyd etmək lazımdır ki, 1998-ci ildə ölkədə hakimiyyəti qanunsuz olaraq devirib təkrar seçkilərdə cüzi səs çoxluğu ilə hakimiyyətə gələn Robert Köçəryanla ənənəsi qoyulan 9 aprel andiçmə tarixinə də son qoyulacağı gözlənilir. Bu məqam ciddi əhəmiyyətə malik olmasa da, onu rəmzi olaraq Ermənistanın cinayətkar klanının sonunun işarəsi hesab etmək olar. Yalnız bundan sonra biz Ermənistanda artıq bir ildən çoxdur ki, davam edən ciddi böhranın səngiməsinin və Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində real addımların şahidi ola bilərik”.

Gülşən Şərif

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv