Azərbaycanla Türkiyə arasında daha bir sənəd TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb.

Yenicag.az xəbər verir ki, protokol 2021-ci il fevralın 19-da Ankara şəhərində imzalanıb.