!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanla Türkiyə arasında imzalanmış sazişin genişləndirilməsi ən böyük istəyimizdir" - Əbdürrəhman Uzun

!Reklam – Yazi

Bu il Bakıda Beynəlxalq Biznes Forumu keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, bu barədə “Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi”nin (MÜSİAD) İdarə Heyətinin sədri Əbdürrəhman Uzun məlumat verib.

Əbdürrəhman Uzun forumda 2 mindən çox iş adamının iştirak edəcəyini bildirib:

“Bu il Bakıda keçirilməsi planlaşdırılan Beynəlxalq Biznes Forumda (IBF) 2 500-ə yaxın iş adamını bir araya gətirməyi planlaşdırırıq. Bu forum 2 ildən bir keçirilir, 2 il əvvəl Bosniya Hersoqovinada baş tutmuşdu”.

MUSİAD sədri, həmçinin iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb:

“Azərbaycanla Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə etdiyi siyahının genişləndirilməsi Azərbaycanda Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MUSİAD) tərəfindən Azərbaycanda və Türkiyədə iştirak etdiyi bütün platformalarda səsləndirilir.

Hər iki ölkənin fərqli anlaşmaları var. Bu sazişlə iradə ortaya qoyuldu. Davamlı olacağına inanırıq. Sazişin genişləndirilməsi ən böyük istəyimiz və arzumuzdur”.

Xatırladaq ki, tədbirin keçirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) və IBF arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və IBF-in sədri Erol Yarar imzalayıblar.

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv