Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u imzaladıq.
Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında paylaşım edib.
“Sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə növbəti töhfə olacaq”, – paylaşımda qeyd olunub.
🇦🇿🇹🇷 “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u imzaladıq. Sənədin icrası qardaş ölkə ilə #ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərimizin gerçəkləşməsinə növbəti töhfə… pic.twitter.com/vGrUoAyZKE
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2023
***
“Azərbaycan-Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisasi potensialından səmərəli istifadə üçün əlverişli şərait yaradır”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.
O, Türkiyənin Ticarət naziri Mehmet Muşla Samsunda görüşdüyünü yazaraq deyib: “Azərbaycan-Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisasi potensialından səmərəli istifadə üçün əlverişli şərait yaradır. Türkiyənin ticarət naziri Mehmet Muşla Samsun şəhərində keçirdiyimiz görüşdə qarşılıqlı ticarət və investisiya qoyuluşu üzrə cari vəziyyəti nəzərdən keçirdik, həmçinin reallaşdırıla biləcək əməkdaşlıq imkanlarına dair müzakirələr apardıq”.
🇦🇿-🇹🇷 müttəfiqliyi ölkələrimizin #iqtisadi potensialından səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradır. Türkiyənin ticarət naziri @mehmedmus-la Samsun şəhərində keçirdiyimiz görüşdə qarşılıqlı #ticarət və #investisiya qoyuluşu üzrə cari vəziyyəti nəzərdən keçirdik,… pic.twitter.com/K7cdim43lr
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2023