“Azərbaycanla Türkiyənin mövqeyindən asılı olmayaraq, biz Ermənistan adlı dövləti tanımırıq” – İTC başqanı
“Başlıca məqsədimiz Qərbi Azərbaycandan olan beş milyona yaxın soydaşımızın öz vətənlərinə dönmələridir”.
Bu fikirləri yaranmış yeni şəraitdə İrəvan Türk Cümhuriyyətinin (İTC) məqsədlərinin və fəaliyyət istiqamətlərinin dəyişmədiyini vurğulayan qurumun başqanı, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bölgədə yaranan yeni şərait və cərəyan edən proseslər fonunda İTC öz məqsədlərinə nail olmaq əzmindədir:
“Regionda baş verən məlum proseslər İrəvan Türk Cümhuriyyətinin aktuallığına qətiyyən təsir göstərmir. Əksinə, biz qarşıya qoyulan məqsədlərə nail olmaq istiqamətində fəaliyyətimizi daha əzmlə davam etdiririk.
Doğrudur, hazırda Azərbaycan və Türkiyə cümhuriyyətləri Ermənistanla müəyyən danışıqlar aparırlar. Amma biz İrəvan Türk Cümhuriyyəti olaraq Ermənistan adlı dövləti tanımırıq. Bu bizim qəti mövqeyimizdır.
İTC-nin əsas məqsədlərindən biri müxtəlif tarixi dönəmlərdə Qərbi Azərbaycandan köçmüş beş milyona yaxın soydaşımızın öz vətənlərinə dönmələridir. Yenə deyirəm, bölgədə yaranan yeni şərait və cərəyan edən proseslər fonunda İTC öz məqsədlərinə nail olmaq əzmindədir”.
A.Zeynalov