!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı aktrisa məşhur türk serialında – FOTO

!Reklam – Yazi

Azərbaycanlı aktrisa Türkiyənin illərdir yayımlanan və reytinqlərdə ön sıralarda olan məşhur “Arka sokaklar” serialına qatılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın 2022-2023-cü il üçün yeni mövsümü sentyabrda izləyicilərin görüşünə gələcək. Yaxın zamanda 17-ci mövsümün çəkilişlərinə start veriləcək.

Batuhan Ekşi, Cem Uçan, Sebahat Kumaş, Cansın Çekili kimi məşhur türk sənətçiləri ilə bərabər, azərbaycanlı aktrisa Nuray Hüseynova da serialın yeni mövsümündə rol alacaq.

Qeyd edək ki, Nuray ilk dəfə yarışma proqramlarının birində ekrana çıxıb. Türkiyədə Kimya mühəndisliyi fakültəsinin məzunu olan Nuray hələ tələbə ikən gözəlliyi ilə türk rejissorlarının diqqətini çəkib. Buna görə də təhsilini başa vurandan sonra qardaş ölkədə sənət karyerasını qurmağa başlayıb.

O, ilk dəfə “Kanal 7”nin ərsəyə gətirdiyi “Yemin” serialında Aynur obrazı ilə məşhurlaşıb. Nuray bundan sonra aktrisalıq üzrə təhsil alıb və taleyini bu sənətə həsr etməyə qərar verib.

Cəvahir

www.yenicag.az

798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv