Azərbaycanlı aktrisa xəsarət aldı

“Miss Azərbaycan” gözəllik yarışmasının qalibi model-aktrisa Əfsanə Qasımova ölümdən dönüb. Aktrisanı mənzil başına aparan taksi “Nissan” markalı avtomobillə toqquşub.

Yenicag.az-a açıqlama verən aktrisa qəzadan xətərsiz ötüşmədiyini deyib:

“Dünən gecə çəkilişdən qayıdırdım. Qəflətən qarşımıza maşın çıxdı. Sürücü sükanı sağa çevirsə də xətasız ötüşmədik. Başımdan zədə aldım, amma şükür edirəm. Daha pis ola bilərdi, məni Allah saxladı. Həkim həyatım üçün təhlükə olmadını deyir”.

Cəvahir

Loading...