!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı aktrisa yenidən Türkiyənin məşhur serialında – FOTO

!Reklam – Yazi

Azərbaycanlı aktrisa Yağmur Şahbazova Türkiyənin “Kanal 7” kanalında yayımlanan “Yemin” serialında bu mövsümdə yenidən baş rolla sevənlərinin görüşünə gələcək.

Yenicag.az xəbər verir ki, bu barədə aktrisa özü açıqlamasında deyib.

Qeyd edək ki, aktrisa ekran işinə 71-ci bölümdən serialda baş rol olan Narin obrazı ilə daxil olub.

Çətin və əzablı həyat yaşayan Narin qaçaq yolu ilə Türkiyəyə gedən azərbaycanlı qız obrazıdır. Türkiyədə restoranda çalışır, oğurluqda ittiham olunur, başına olmazın müsibətlər gəlir…

Qeyd edək ki, Yağmur ATV-də yayımlanan “Vicdan Haqqı” serialında baş rolda çəkilib. Yağmur Şahbazova İrəvan Dram Teatrının aktrisası, Əməkdar artist Esmiralda Şahbazovanın qızıdır.

Cəvahir

www.yenicag.az

1573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv