Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Azərbaycanlı aktrisanın çəkiliş vaxtı qolu sındı - FOTOLAR

Gənc Tamaşaçılar Teatrının aktrisası, Səbinə Məmmədovanın başına iş gəlib.

Yeniçag.az-ın əldə etdiyi məlumata görə, ATV kanalında yayımlanan “Ogey ana” filmində Cəmilə obrazını canlandıran aktrisa çəkiliş zamanı xəsarət alıb. Pilləkəndən yıxılan aktrisanın qolu sınıb. Təcili xəstəxanaya aparılan Səbinənin qolu gipsə salınıb.

Tədbirlərin birində fotokameramıza tuş gələn aktrisa nədənsə, hadisəni danaraq, evdə yıxıldığını dedi:

“Qolum evdə sınıb. Amma “Ogey ana” filminin ssenarisində də yıxılmaq səhnəsi vardı. Elə oldu ki, üst-üstə düşdü. Sümük hələ bitişməyib. Gördüyünüz kimi qolum gipsdədir”.

Qeyd edək ki, ssenariyə görə, nənəsi Cəmiləni itələyir, o da pilləkənlərdən yıxılır. Sözügedən səhnəni oynayan zaman isə aktrisanın qolunda heç bir sarğı olmayıb.

Cəvahir

www.yenicag.az

3171
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM