Azərbaycanlı aktrisaya küçədə hücum etdilər – VİDEO

Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın başına iş gəlib.

Yenicag.az-a danışan aktrisanın oynadığı obraz bəzi insanlar tərəfindən qınağa tuş gəlib. Hətta küçədə getdiyi yerdə yaşlı bir qadın onun üstünə hücum çəkərək, təhqir edib:

“”Həyat sən nə qəribəsən” adlı serialda oynadığım Ağca obrazına görə insanlar məni çox qınadı. Bir dəfə bacımla gedirdik, yaşlı arvad üstümə hücum çəkdi və başladı qışqırmağa ki, “sən ifritəsən, səndən zəhləm gedir; həyatda da eləsən, oynadığın obrazdan geri qalmırsan”. O qədər dedim ki, “ay xala, bu roldur, reallıq deyil”. Gördüm qadın nə başa düşür, nə də əl çəkir… Axırda mən də əsəbiləşdim, qayıtdım ki, “bəli, eləyəm, lap ondan da betərəm”.

Səs-küyə ətrafdakı insanlar yığışdı, hamı qadını sakitləşdiməyə başladı. Mənə də dedilər ki, fikir vermə, yaşlı insandır. Əslində, bu aktrisa kimi mənim uğurumdur, amma o demək deyil ki, insanlar küçədə üstümə qışqıra bilərlər. Qeyd edim ki, xaraktercə xəbis, hiyləgər olan Ağca sevgisi uğrunda mübarizə aparan bir qızdır. Sevdiyi oğlan onun əmisi qızını sevir. Buna görə də Ağca hər cür hiyləgərliyə əl atır, amma məqsədinə nail ola bilmir”.

Cəvahir
Yenicag.az