Gənc aktyor Ülvi Həsənli subaylığın daşını atıb.
Bir çox seriallarda baş rolun ifaçısı olan gənc aktyor nişanlanıb. Nişanlı cütlük tədbirlərin birinə qoşa qatılıb.
Yenicag.az-a açıqlama verən aktyor qızı özü sevib-seçib:
“Nişanlım reklam şirkətində çalışır. Dostum, aktyor İslam Mehrəliyevin toyunda görüb bəyəndim. Dərhal da elçi göndərdim, nişanlandıq. Onunla çox xoşbəxtəm, məni ruhən anlayan qızdır. Mənim üçün ailə çox önəmlidir”.
O ki qaldı toya, 25 yaşlı aktyor bu tarixi açıqlamayıb.
Qeyd edək ki, Ü. Həsənli “Dəfnə ağacı”, “Laləli saray”, “Sən olmasaydın”, “Qisas” və digər seriallarda rol alıb.
Cəvahir
Foto:Cəmalə