Müsavat Partiyasının Mingəçevir təşkilatının üzvü, aktyor İbrahim Türksoy Şəhər Polis İdarəsinə çağırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli məlumat verib. Təşkilat sədri aktyorun polisə hansı səbəbdən çağırıldığının məlum olmadığını bildirib.
“İbrahim Türksoyun polisə hansı səbəbdən çağırıldığı bizə məlum deyil. Şöbəyə aparılan aktyor 1 saat orada qalıb. Şöbədə aktyorla normal davranıblar. Ona mitinqin gərəksiz olduğunu deyiblər və bildiriblər ki, sosial problemini həll edəcəklər”.
Söhbət zamanı İbrahim Türksoya deyilib ki, onu teatrdan qovulması və teatr rəhbərliyi ilə onun arasındakı problemi həll edəcəklər.
Qeyd edək ki, İbrahim Türksoy Mingəçevir Dövlət Dram teatrından bir müddət əvvəl rəhbərlik tərəfindən qovulub.
Səxavət Məmməd