Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında dünyasını dəyişib.
Bu barədə Yenicag.az-a teatrdan bildirilib.
Aktyor bu gün koronavirus səbəbindən dünyasını dəyişib.
Həmçinin bildirilib ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.
Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
Allah rəhmət eləsin!
Cəvahir