Tanınmış aktyor Ramiz Hüseynzadə vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı onun dostları sosial şəbəkə paylaşıb.
O, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub.
Qeyd edək ki, Ramiz Hüseynzadənin 42 yaşı var idi.