!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı aktyorlar Gürcüstanda - FOTO

!Reklam – Yazi

Akademik Milli Dram Teatrının kollektivi Gürcüstanda keçirilən “Thetrical İmereti” adlı Beynəlxalq teatr festivalına qatılıb.

Teatrın mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Kutaisidə təşkil olunan festivalda “Manqurt” və “Cəhənnəm sakinləri” tamaşaları ilə təmsil olunacaq.

Eyni zamanda, teatrın beynəlxalq əlaqələrinin genişləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi üçün müxtəlif teatrlarla danışıqlar da aparılacaq.

“Manqurt” tamaşasının bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə Babayevadır. Tamaşada əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov və başqaları çıxış edəcək.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətovdur.

Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov və başqaları rol alıb.

Cəvahir

www.yenicag.az

2593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv