!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı alim Dünya Mükafatına layiq görülüb - FOTO

!Reklam – Yazi

Almaniyanın Legau şəhərində Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, 2017-ci il müsabiqəsinin qaliblərindən biri, tanınmış azərbaycanlı alim, AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Hacıbaba oğlu Babayev seçilib. A. Babayev bu mükafata son 20 ildən artıq bir dövrdə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafı sahəsinə, o cümlədən ETKT-nin Azərbaycanda təşviqi və tətbiqinin elmi əsaslarının işlədilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin ali kadr hazırlığı işinə gətirdiyi dəyərli töhfələri, elmi tədqiqatların aparılması və praktiki sahədə əldə olunan nəticələrə görə layiq görülüb. Mükafatı A.Babayevə Almaniyanın İqtisadi İnkişaf naziri Dr.Gerd Müller təqdim edib. Mərasimdə kənd təsərrüfatı sahəsi üzrə dünyanın tanınmış şəxsləri, mütəxəssislər olmaqla 800-dən artıq qonaq iştirak edib.

Qeyd edək ki, bu mükafatın təsisçiləri Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Federasiyası (IFOAM) və Almaniyanın Rapunzel şirkətidir. Mükafat hər 3 ildən bir Ekoloji Kənd Təsərrüfatı sahəsində görülən önəmli işlərə və dünya ölkələrində iqtisadi, sosial və ekoloji inkişafa töhfələr vermiş şəxslərə və təşkilatlara təqdim olunur.

www.yenicag.az

1458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv