Biologiya sahəsində tanınmış alim Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreyanın Pusan Milli Universitetinin 17 il tədqiqatçı-professoru olmuş, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Söhbət oğlu Zülfüqarov vəfat edib.
AMEA-dan Yenicag.az-a verilən xəbərə görə, alim 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 1 fəlsəfə, 2 magistr dissertasiyası uğurla müdafiə edilib. 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə üçün hazırlanıb.